Modern.az

NATO ölkəsi Bayraktar almaq İSTƏYİR

NATO ölkəsi “Bayraktar” almaq İSTƏYİR

14 Aprel 2022, 19:33

Slovakiya Türkiyə istehsalı "Bayraktar TB2" zərbə tipli pilotsuz uçuş aparatlarını almaq istəyir.

 

Modern.az xəbər verir ki, Slovakiyanın müdafiə naziri Yaroslav Nad "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktarla görüş keçirib.

 

“Slovakiya ordusunun pilotsuz uçuş aparatları ilə təminatı istiqamətində işlər davam edir, cənab Bayraktarla gözəl görüş keçirdik", - deyə nazir özünün "Twitter" hesabında yazıb.

 

Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Baykratar TB2” PUA-ları əsasən qurudakı hədəflərə ağıllı raketlərlə zərbə endirmək üçün nəzərdə tutulub. PUA-lar Liviya və Suriyada Türkiyə tərəfindən, Qarabağda Azərbaycan tərəfindən düşmənə qarşı uğurla istifadə edilib.

 

PUA-lar indiyədək Azərbaycan, Qətər, Ukrayna, Polşa, Türkmənistan və Qırğızıstana satılıb.

 

Qeyd edək ki, Slovakiya NATO-nun üzvüdür. Ölkə bu yaxınlarda Rusiyanın hücumuna məruz qalan Ukraynaya S-300 hava hücumundan müdafiə sistemləri verib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək