Modern.az

İmran Xanla birlikdə 123 deputat istefa verdi

 İmran Xanla birlikdə 123 deputat istefa verdi

14 Aprel 2022, 22:38

Pakistanın sabiq Baş naziri İmran Xan daxil olmaqla ölkə parlamentinin 123 deputatı istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistan Milli Assambleyasının sədr müavini Qasim Suri məlumat verib.

 

Onun sözlərinə görə, deputatların istefaları qəbul edilib.

 

İmran Xan "Twitter" hesabında ABŞ-ın başlatdığı rejim dəyişikliyinə qarşı qəti mövqe sərgiləyərək istefa verən deputatlara təşəkkür edib.

 

Xatırladaq ki, bu yaxınlarda Pakistanda hakimiyyət dəyişikliyi olub. İmran Xan hakimiyyətdən kənarlaşdırılıb, onun postuna 70 yaşlı müxalifət lideri Şahbaz Şərif gətirilib. 

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək