Ukraynanın Kiyev vilayətinin Buça şəhərində yerləşən Müqəddəs Endryu kilsəsinin yaxınlığındakı kütləvi məzarlıqdan 73 nəfərin cəsədi çıxarılıb.
Modern.az xəbər verir ki, bu barədə şəhərin meri Anatoli Fedoruk UNIAN-a bildirib.
Onun sözlərinə görə, şəhərdə tapılan 403 cəsəddən 167-nin şəxsiyyəti müəyyən edilib.
Bir gün əvvəl Haaqa Beynəlxalq Tribunalının baş prokuroru Kərim Xan Buçaya səfər edib və burada ağır cinayətlər törədildiyini vurğulayıb.
Akif İsmayılov