Modern.az

Fransa səfirliyini Kiyevə qaytarır

Fransa səfirliyini Kiyevə qaytarır

14 Aprel 2022, 23:53

Fransa tezliklə Ukraynadakı səfirliyini Kiyevə qaytaracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığında Fransanın XİN başçısı Jan-İv Le Drian məlumat verib.

 

Xatırladaq ki, martın əvvəlində Ukraynada davam edən müharibə ilə əlaqədar Fransa səfirliyini Kiyevdən Lvova köçürüb. Eyni zamanda, Fransa öz vətəndaşlarını Ukraynaya, o cümlədən Kiyevə qayıtmamağa çağırıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək