Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Dövlət başçıları Ukraynadakı müharibəni və Rusiya ilə danışıqları müzakirə ediblər.
Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat paylaşıb.
"Fransa Prezidenti Emmanuel Makronla danışıqlar apardım. Biz Rusiyanın cinayətlərinin araşdırılmasını, Ukrayna xalqının işğalçıya müqavimətini müzakirə etdik. Danışıqlar prosesini də müzakirə etdik. Biz Ukraynada və Avropada sülhə nail olmağa çalışırıq", - Ukrayna Prezidenti bildirib.