Modern.az

ABŞ-da Türkiyə əleyhinə kampaniya başladılıb

ABŞ-da Türkiyə əleyhinə kampaniya başladılıb

15 Aprel 2022, 13:02

ABŞ-da F-16 qırıcılarının Türkiyəyə satışının qarşısını almaq üçün #NoJetsForTurkey (Türkiyəyə təyyarə yoxdur) adlı kampaniyaya başlanılıb.

 

Modern.az xəbər verir ki, kampaniya paytaxt Vaşinqtonda yerləşən 10 anti-Türkiyə qruplaşması tərəfindən həyata keçirilir.

 

Məlumata görə, kampaniya ABŞ-da hər kəsin birbaşa senatorlara müraciət edə biləcəyi petisiya məktubu şəklində təşkil edilib. Kampaniyaya dəstək verən qruplar arasında Yunan Amerika Liderlik Şurası, Amerika Erməni Milli Komitəsi, Kipr Ədliyyəsi üzrə Beynəlxalq Koordinasiya Komitəsi (PSEKA), Kaliforniya Amerika Yunan Şurası, Hindu Amerika Fondu da var.

 

Qeyd edək ki, Türkiyə ABŞ-dan F-16 qırıcılarını almağa çalışır, rəsmi Vaşinqton isə buna müsbət cavab vermir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək