Modern.az

Daha bir ölkə karantin qaydalarını ləğv edir

Daha bir ölkə karantin qaydalarını ləğv edir

15 Aprel 2022, 18:20

Cənubi Koreya hökuməti COVID-19 pandemiyası ilə bağlı bütün məhdudiyyətləri tədricən ləğv etmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Yeni qərar əsasən, insanların kütləvi toplaşmasına icazə veriləcək və gecələr tətbiq olunan komendant saatı ləğv olunacaq.

 

Hökumət yalnız qapalı yerlərdə maska ​​taxmaq tələbini ləğv etməyə hazırlaşmır. Açıq havada maska taxmaq tələbi qarşıdakı günlərdə ləğv oluna bilər.

 

Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinin məlumatına görə, hazırda ölkə əhalisinin 87%-i COVID-19-a qarşı tam peyvənd olunub. Eyni zamanda, əhalinin 64%-nə gücləndirici doza vurulub.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək