Rusiya hərbçiləri Xarkov şəhərinin yaşayış məntəqəsini atəşə tutub. Hadisə nəticəsində 7 nəfər həlak olub, 34 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Xarkov vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, yaralılardan 3-ü uşaq, ölənlərdən biri 7 aylıq körpədir.
Bundan əlavə, Sinequbov Xarkov sakinlərini küçəyə çıxmamağa çağırıb.