Modern.az

Hindistan Rusiyadan yeni S-400-lər aldı

Hindistan Rusiyadan yeni S-400-lər aldı

16 Aprel 2022, 00:06

Hindistan Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin daha bir partiyasını alıb.

Modern.az xəbər verir ki, bu barədə “India Today” nəşri mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, S-400 raketlərinin əsas hissəsi dəniz yolu ilə ölkəyə çatdırılıb və hazırda fəaliyyətdədir.

"Raket sistemlərinin hissələri həm hava, həm də dəniz yolu ilə gəlib və tez bir zamanda təyin olunmuş ərazilərə yerləşdirilib", - deyə nəşr bildirib.

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək