Modern.az

Kiyevə 13 milyardlıq yardım - Yaponiya da Rusiyaya QARŞI

Kiyevə 13 milyardlıq yardım - Yaponiya da Rusiyaya QARŞI

16 Aprel 2022, 00:55

Yaponiya Ukraynaya 13 milyard yen (100 milyon dollar) məbləğində yardım göstərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

 

Yaponiyanın Baş naziri Fumio Kişida mart ayında Tokionun Kiyevə 100 milyon dollar məbləğində maliyyə dəstəyi verəcəyini açıqlamışdı .

 

“Bu gün hökumətin iclasında biz Yaponiya hökuməti ilə 13 milyard yen məbləğində yardımın cəlb edilməsinə dair sazişləri yekunlaşdırdıq. Bunlar ölkəmizin, xalqımızın prioritet ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan güzəştli vəsaitlərdir”, - deyə Ukraynanın Baş naziri vurğulayıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək