Modern.az

Zelenski “Moskva”nın vurulmasından DANIŞDI

Zelenski “Moskva”nın vurulmasından DANIŞDI

16 Aprel 2022, 12:03

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın “Moskva” kreyserinin vurulmasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Zelenski bunun faciə olmadığını söyləyib.

 

“Kreyser artıq yoxdur. Bu, ölkəmizə qarşı güclü silah idi. Onun batması bizim üçün faciə deyil. Rusiyanın imkanları nə qədər az olsa, bizim üçün bir o qədər yaxşıdır”, - deyə Zelenski bildirib.

 

Xatırkadaq ki, Rusiyanın Qara dənizdəki "Moskva" raket kreyseri üç gün öncə vurulub. Ukrayna tərəfi kreyseri özünün istehsal etdiyi "Neptun" raketləri ilə vurduğunu bildirib. Bir çox ekspertlər “Moskva”nın Böyük Britaniyanın Kiyevə verdiyi "Harpoon" raketləri ilə məhv edildiyini düşünürlər.
 

Kreml hələ də gəminin vurulduğunu etiraf etməyib. Lakin Pentaqon ötən gün açıqlama yayaraq, "Moskva" raket kreyserinin Ukrayna tərəfindən vurulduğunu bəyan edib. Bundan əlavə, kreyserdə nüvə başlıqlarının olması barədə iddialar yayılıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək