Modern.az

“Mülki şəxslər təcili təxliyə edilməlidir” – Hulusi Akar

“Mülki şəxslər təcili təxliyə edilməlidir” – Hulusi Akar

16 Aprel 2022, 20:42

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikovla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Akar Ukraynadakı döyüş bölgələrindən quru və dəniz yolu ilə Türkiyə vətəndaşları da daxil olmaqla mülki şəxslərin təcili təxliyə olunmasının vacibliyini diqqətə çatdırıb.

 

Bundan əlavə, Hulusi Akar qeyd edib ki, Ukraynada dərhal atəşkəs elan edilməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək