Modern.az

Rusiyaya qarşı yeni sanksiyalar HAZIRLANIR

Rusiyaya qarşı yeni sanksiyalar HAZIRLANIR

17 Aprel 2022, 16:10

Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketini nəzərdən keçirir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sayca altıncı olan tədbirlər planı “Sberbank”ın fəaliyyətinə və neft ixracına təsir edəcək.

 

“Biz Rusiyanın bank sektorunun 37%-ni təşkil edən “Sberbank”a qarşı sanksiyaları nəzərdən keçiririk”, - deyə Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Bild” nəşrinə məlumat verib.

 

Yeni sanksiyalar paketi Rusiya neftinə embarqonu nəzərdə tutmur. Lakin bu sahədə müəyyən məhdudlaşdırıcı sanksiyaları işə salacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək