Modern.az

Xarkovda bir neçə kənd AZAD EDİLDİ

Xarkovda bir neçə kənd AZAD EDİLDİ

17 Aprel 2022, 22:13

Ukrayna ordusu Xarkov vilayətində əks-hücuma keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

 

Hücum nəticəsində Bazalievka, Lebyajye və Kutuzovka kəndlərinin bir hissəsinə nəzarət bərpa edilib.

 

Bundan əlavə, Ukrayna hərbçiləri Malaya Roqan kəndi ərazisində şərqə doğru irəliləyib. Hazırda əks-hücum əməliyyatları davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək