Ukrayna prezidenti Volodimir Zelenski və Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Twitter" hesabında yazıb.
Tərəflər Ukraynanın müharibədən sonra yenidən qurulmasını müzakirə edib. Telefon danışığı zamanı həm də Ukraynanın maliyyə sabitliyinin qorunması barədə fikir mübadiləsi aparılıb.
Ukrayna prezidenti BVF ilə əməkdaşlığın bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, Ukraynanın baş naziri Denis Şmıqal bundan əvvəl BVF və Dünya Bankının Vaşinqtonda keçiriləcək iclaslarında iştirak edəcəyini bildirib.
Akif İsmayılov