Modern.az

İran yeni PUA-larını sınaqdan keçirdi

İran yeni PUA-larını sınaqdan keçirdi

18 Aprel 2022, 00:58

İran ordusu "Qəzza" adlı yeni pilotsuz uçuş aparatlarını (PUA) sınaqdan keçirib.

 

Modern.az xəbər verir ki, hava vasitələri İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) tərəfindən istehsal edilib.

 

PUA-nın qanadlarının uzunluğu 21 metrdir, 500 kiloqrama qədər sursat və radarlar daşıya bilər.

 

"Qəzza" adlı PUA-lar 35 saat havada qala, 10668 metr hündürlükdə, 250 kilometr məsafədə uça bilir.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək