Modern.az

Rusiyanın batan \"Moskva\" gəmisinin ilk real FOTOSU yayıldı

Rusiyanın batan \

18 Aprel 2022, 09:06

Rusiyanın aprelin 14-də Qara dənizdə batan "Moskva" raket kreyserinin yeni fotoları yayılıb.

Modern.az xəbər verir ki, xarici KİV-lər Ukraynanın “Neptun” raketləri ilə vurulduğu bildirilən gəminin bəlkə də ilk real fotosunu dərc ediblər.
 

Jurnalistlər aprelin 15-də gəmi batdıqdan sonra internetdə yerləşdirilən fotonu təhlil ediblər. Təhlillərdən sonra bunun real şəkil olduğu qənaətinə gəlinib.

Məlum olub ki, dənizin dibinə getməzdən əvvəl kreyser hələ də yanğınla mübarizə aparırmış.
 

Şahidlərin çəkdiyi fotoşəkillərdə “Moskva”nın yanğnla müşayiət olunan tüstü ilə əhatələndiyi görünür.

Rusiyanın Qara dənizdəki "Moskva" raket kreyseri aprelin 13-də vurulmuşdu.

Ukrayna tərəfi kreyseri özünün istehsal etdiyi "Neptun" raketləri ilə vurduğunu bildirib. Bir çox ekspertlər isə “Moskva”nın Böyük Britaniyanın Kiyevə verdiyi "Harpoon" raketləri ilə məhv edildiyini deyirlər.

Kreml isə hələ ki gəminin vurulduğunu etiraf etmir. Rusiya Müdafiə Nazirliyi kreyserin “səbəbi araşdırılan yanğın" üzündən döyüş sursatının detonasiya etməsi nəticəsində ciddi xəsarətlər aldığını və sahilə çəkilərkən batdığını iddia edir.

İlk adı “Slava” olan raket kreyserinin əsası 1976-cı ildə Nikolayev şəhərindəki gəmiqayırma zavodunda qoyulub. "Moskva" kreyserinin uzunluğu 186,5 metr, eni 20,8 metr, hündürlüyü 42,5 metr, su tutumu 11490 ton idi. Gəmi 1983-cü ilin yanvarında istifadəyə verilib. Bu gəmi Rusiyanın Qara dənizdəki flaqmanı sayılırdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək