Amerika Birləşmiş Ştatlarının (ABŞ) New-York şəhərində amerikalı şəxs türk yeniyetməni etnik kimliyinə görə öldürməyə cəhd edib.
Modern.az xəbər verir ki, Nyu-York polisi ağır yaralanan türkiyəli yeniyetmənin sinəsindən bıçaqlandığını bildirib.
Xəstəxanaya yerləşdirilən yaralı gəncin müalicəsi davam edir.
Qısa müddətə hadisənin təfərrüatları məlum olub. Belə ki, təcavüzkarın küçədə gedən gəncdən türk olub-olmadığını soruşduğu, bundan sonra "Türklərə və sənə nifrət edirəm”, deyərək onu bıçaqladığı bildirilib.
Hüquq-mühafizə orqanları şübhəlinin tapılması üçün axtarışları davam etdirir. Polis axtarışda olan şəxsin tapılmasına köməklik edənə 3 min 500 dollar mükafat veriləcəyini açıqlayıb.
?WANTED?for an ASSAULT in the vicinity of W. 44 St. & 9 Ave. #Manhattan @NYPDMTN on 4/15/22 @ 12:15 AM, individual stabbed the victim and made anti-nationality remarks. ?Reward up to $3500 Know who he is??Call 1-800-577-TIPS Calls are CONFIDENTIAL! pic.twitter.com/We1XsSOidY
— NYPD Crime Stoppers (@NYPDTips) April 17, 2022