Modern.az

“Medvedçukun azad edilməsi Türkiyə ilə müzakirə olunmur” – Səfirlik

“Medvedçukun azad edilməsi Türkiyə ilə müzakirə olunmur” – Səfirlik

18 Aprel 2022, 16:08

Həbsdə olan ukraynalı müxalif siyasətçi Viktor Medvedçukla bağlı vəziyyət Rusiya səfirliyi ilə Türkiyə hakimiyyəti arasında müzakirə mövzusu deyil.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə diplomatik nümayəndəlikdən bildirilib.

 

"Bu mövzu səfirlik və Türkiyə hakimiyyəti arasında müzakirə mövzusu olmayıb. Bu barədə heç bir məlumat verə bilmərik", - Rusiyanın Ankaradakı səfirliyi bəyan edib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Medvedçukun saxlandığını açıqlayıb. O, Medvedçuku əsir götürülmüş ukraynalılarla dəyişməyi təklif edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Medvedçukun taleyinə nəzarət edəcək və avropalı siyasətçiləri buna çağıracaq. 

 

Partiya liderinin xanımı Marçenko daha sonra "YouTube" səhifəsində Zelenskiyə müraciət edərək ərinin azadlığa buraxılmasını tələb edib. Həmin gün o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan həyat yoldaşının azad edilməsinə köməklik göstərməsini xahiş edib.

 

Viktor Medvedçuk Rusiya lideri Vladimir Putinin ən yaxın adamlarından hesab olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək