Ukrayna tərəfi Avropa İttifaqına üzvlüklə bağlı sorğu vərəqəsini tamamlayaraq Aİ-nin Ukraynadakı Nümayəndəliyinin rəhbəri Matti Maasikasa təqdim edib.
Modern.az xəbər verir ki, bu barədə Aİ diplomatı özünün sosial media hesabında bildirib.
"Cəmi 10 gün əvvəl Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen tərəfindən təhvil verilən Avropa Komissiyasının anketinə Zelenskidən cavab almaqdan şərəf duyuram. Qeyri-adi zaman qeyri-adi addımlar və qeyri-adi sürət tələb edir", - deyə Maasikas qeyd edib.