Modern.az

Rusiyanın daha bir yüksək rütbəli hərbçisi ÖLDÜ

Rusiyanın daha bir yüksək rütbəli hərbçisi ÖLDÜ

Dünya

18 Aprel 2022, 20:45

Ukraynada yaralanan Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Sezar Kunikov” desant gəmisinin komandiri, üçüncü dərəcəli kapitan Aleksandr Çirva ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Sevastopol vilayətinin qubernatoru Mixail Razvojaev məlumat verib.

 

Ukrayna ordusu martın 29-da Berdyansk limanında Rusiyanın "Saratov" gəmisini məhv edib. Həmin vaxt “Sezar Kunikov” gəmisi də zədələnib və Çirva ağır yaralanıb.

 

Suriya döyüşlərində də iştirak edən komandir bu gün Sevastapolda dəfn edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək