Rusiya qoşunları Donbasda hücum əməliyyatına başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook" hesabında məlumat yayıb.
Qeyd olunub ki, hazırda rusların sənaye və mülki infrastruktur obyektlərinə raket və bomba zərbələri davam edir.
Məlumatda, həmçinin bildirilib ki, Mariupol uğrunda qızğın döyüşlər gedir, Rusiya hərbçiləri dəniz limanı ərazisində hücum əməliyyatları aparır.
Akif İsmayılov