“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgəmizdə sülh adına mühüm fürsət yaranıb".
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O bildirib ki, bu fürsətin boşa getməməsi üçün Türkiyə Ermənistanla normallaşma prosesini səmimiyyətlə davam etdirir.
Qeyd edək ki, Türkiyə və Ermənistan münasibətlərin normallaşması üçün xüsusi nümayəndələr təyin edib. Nümayəndələr artıq iki dəfə görüşüb. Növbəti görüşün Vyanada keçirilməsi planlaşdırılır.