Modern.az

NATO dünyanın ən böyük kiber təlimlərinə başlayır

NATO dünyanın ən böyük kiber təlimlərinə başlayır

Dünya

18 Aprel 2022, 23:42

NATO sabahdan dünyanın ən böyük və ən mürəkkəb beynəlxalq kiber təlimlərinə başlayır.

 

Modern.az xəbər verir ki, 19-22 aprel tarixlərində Estoniyanın paytaxtı Tallində NATO-nun Birgə Kiber Müdafiə Mərkəzi tərəfindən illik "Bağlı Qalxanlar" təlimi təşkil olunacaq.

 

Təlimdə NATO müttəfiqləri və NATO tərəfdaş ölkələrindən kibertəhlükəsizlik və İT ekspertləri iştirak edəcək. Builki təlimlərə ukraynalı ekspertlər də qoşulacaq.

 

Təlimdə mülki və hərbi məlumat sistemlərinə kiber hücumlara qarşı müdafiə üsulları sınaqdan keçiriləcək.

 

 Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək