Ukraynadan, ümumilikdə Luqansk və Donetskdən Rusiyaya təxminən 880 min insan gəlib, onların sayı sutka ərzində 18 min nəfər artıb.
Modern.az xəbər verir ki, bu barədə TASS-a güc strukturlarındakı mənbə bildirib.
"Son 24 saat ərzində 17 800-dən çox insan Rusiya sərhədini keçib. Ümumilikdə fevral ayından indiyədək 878 000-dən çox insan, o cümlədən 164 000 uşaq Rusiyaya gəlib", - məlumatda deyilir.
Qeyd olunub ki, 713 min nəfər Donbassdan Rusiyaya təxliyə edilib, qalanları isə Ukraynanın digər ərazilərindən gəlib. Rusiyanın 45 regionunda qaçqınlar üçün 480-dən çox müvəqqəti sığınacaq salınıb. Sığınacaqlarda 33 minə yaxın insan yerləşdirilib.