Modern.az

Türkiyədə karantin rejimi ləğv edilir

Türkiyədə karantin rejimi ləğv edilir

19 Aprel 2022, 13:32

Sabah Türkiyə Koronavirus Elmi Qərargahı toplanacaq.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, toplantıda tibbi maskalardan istifadə tələbi və karantin rejiminin ləğvi məsələləri müzakirə ediləcək.

 

Bildirilib ki, qərargahda bütün qapalı məkanlarda tibbi maskalardan istifadə məcburiyyətinin aradan qaldırılması məsələsinə də toxunulacaq. Bununla yanaşı, karantin rejimi müddətinin ləğv edilməsinin müzakirə olunacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək