ABŞ prezidenti Co Bayden keçmiş dövlət başçısı Barak Obamaya 2024-cü ildə özünün prezidentliyə namizədliyini yenidən irəli sürməyi planlaşdırdığını bildirib.
Modern.az xəbər verir ki, barədə çərşənbə axşamı “The Hill” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzet qeyd edir ki, "Bu, Baydenin ikinci müddətə yenidən seçiləcəyinin son göstəricisidir".
Bundan əvvəl hazırkı prezident mart ayında Brüsseldə keçirdiyi mətbuat konfransında Ağ Ev uğrunda yenidən mübarizə aparmaq planlarından danışmışdı.
"Bayden seçkidə iştirak etmək istəyir və o, açıq şəkildə hamının bu barədə məlumatlı olmasını istəyir" deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, Bayden Respublikaçılar Partiyası tərəfindən namizədliyi irəli sürüləcəyi təqdirdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkilərində qalib gəlmək üçün ən əhəmiyyətli şansa malik olan Demokratlar Partiyasının nümayəndəsi olaraq qalır.
“Bayden Trampı məğlub edə biləcək yeganə şəxs olduğunu düşünür”, - deyə Bayden-Obama söhbəti ilə tanış olan mənbə qeyd edib.
Qəzet yazır ki, Ağ Ev söhbəti şərh etməkdən imtina edib və Baydenin müşavirlərindən biri deyib ki, prezidentin özü ikinci müddətə namizədliyini irəli sürəcəyini açıq şəkildə bəyan edib.
Qəzet qeyd edir ki, Badenin yenidən seçkilərdə qalib gəlmək planlarına aşağı reytinqlər mane ola bilər. Belə ki, ötən həftə CNBC tərəfindən aparılan son sorğuya görə, Baydenin prezident kimi fəaliyyəti indi amerikalıların yalnız 38%-i tərəfindən bəyənilib, 53%-i isə bəyənməyib. Onun iqtisadi siyasəti isə respondentlərin cəmi 35%-i tərəfindən bəyənilib.
Amma müşahidəçilər deyir ki, 2024-cü il seçkiləri hələ çox uzaqdadır və iqtisadiyyatda vəziyyət dəyişə bilər.
“The Hill” qəzeti yazır ki, aşağı reytinqlərlə yanaşı, Baydenin yaşı da suallar doğurur.
Co Baydenin hazırda 79 yaşı var və ikinci müddətinin başlanğıcında 2024-cü il seçkilərində qalib gəlsə, 82 yaşı tamam olacaq.