Modern.az

Türkiyə ordusu daha 10 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu daha 10 terrorçunu zərərsizləşdirdi

19 Aprel 2022, 19:41

Türkiyə ordusu Suriyanın şimalında “Barış bulağı” və “Zeytun budağı” əməliyyat bölgələrinə girməyə cəhd edən PKK terrorçularının qarşısını alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Türkiyə hərbçiləri 10 terrorçunu zərərsizləşdirib. Terrorçulara qarşı əməliyyat komando bölmələri tərəfindən həyata keçirilib.

 

Nazirlik terrorla mübarizənin davam etdiyini bildirib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var