Modern.az

Çexiya Ukrayna tanklarını təmir edəcək

Çexiya Ukrayna tanklarını təmir edəcək

19 Aprel 2022, 20:14

Çexiyanın müdafiə sənayesi şirkətləri Ukraynanın döyüşlərdə zədələnən və hazırda təmirə ehtiyacı olan tanklarını və digər hərbi texnikalarını təmir edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Çexiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

 

"Kiçik nasazlıqlar Ukrayna ordusunun və Ukrayna müdafiə sənayesinin öz səyləri ilə aradan qaldırılacaq", - deyə nazirlik bildirib.

 

Qeyd olunub ki, ilkin olaraq Sovet dövründən qalma qeyri-müəyyən sayda T-64 tankları təmiri ediləcək. Bu tankların təmiri Çexiyanın özəl "Czechoslovak Group" şirkəti tərəfindən aparılacaq.

 

Nazirlik, həmçinin bəyan edib ki, təmir Çexiya şirkətlərinin Çexiya və Slovakiyadakı müəssisələrində həyata keçiriləcək.

 

Çexiya Ukraynaya Sovet dövründən qalma tanklar, reaktiv yaylım atəşi sistemləri, artilleriya qurğuları, piyada döyüş maşınları və zenit silahları tədarük etməklə bu ölkəyə ən çox dəstək verən dövlətlərdən biridir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var