Polşa səhiyyəsi Ukrayna ordusunun ən azı 10 000 yaralı hərbçisini müalicə etmək gücünə malikdir.
Modern.az xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
Moravetski bu gün Ukraynanın qərbindəki Lvov şəhərinə səfər edib. O, burada 300-350 qaçqın üçün nəzərdə tutulan və Polşanın maliyyəsi ilə hazırlanan şəhərciyin açılışında iştirak edib.
“Lazım gəlsə, ən azı 10 min əsgəri qəbul etməyə hazırıq. Biz Ukraynadan olan bütün yaralı əsgərləri qəbul etmək və müalicə etmək üçün hər şeyi edirik”, - deyə Baş nazir qeyd edib.
Ukrayna prezidenti Volodimir Zelenski cümə günü CNN telekanalına müsahibəsində bildirib ki, indiyədək Rusiya ilə müharibədə 2500-3000 Ukrayna əsgəri həlak olub, 10 000 nəfər yaralanıb.
Akif İsmayılov