Modern.az

Yunanıstan Rusiya gəmisini ələ keçirdi

Yunanıstan Rusiya gəmisini ələ keçirdi

19 Aprel 2022, 22:35

Yunanıstan Avropa İttifaqının (Aİ) Moskvaya tətbiq etdiyi sanksiyalar çərçivəsində ölkəyə yaxınlaşan Rusiyaya məxsus neft tankerini ələ keçirib.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan sahil mühafizə xidməti məlumat yayıb.

 

Göyərtəsində 19 rus ekipaj üzvünün olduğu Rusiya bayraqlı “Pegas” gəmisi Yunanıstanın paytaxtı Afina yaxınlığında yerləşən Evia adasının cənubundakı Karystos sahillərində saxlanılıb.

 

Gəminin daşıdığı neftin müsadirə olunmadığı bildirilir.

 

Bu ayın əvvəlində Aİ Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyaları qəbul edib, sanksiyalara Rusiya bayrağı altında üzən gəmilərin ələ keçirilməsi də daxildir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var