Modern.az

Daha bir ölkənin Baş naziri Kiyevə gedir

Daha bir ölkənin Baş naziri Kiyevə gedir

19 Aprel 2022, 23:45

İspaniyanın Baş naziri Pedro Sançes yaxın günlərdə Ukraynaya səfər etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İspaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

 

O, prezident Volodimir Zelenski ilə görüşmək üçün Ukraynanın paytaxtı Kiyevə gedəcək.

 

Bundan əvvəl Sançes İspaniyanın Kiyevdəki səfirliyinin yenidən açılıacağını bildirib.

 

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu başladıqdan sonra bir çox ölkənin lideri və təşkilatların rəsmiləri Ukrayanya səfər edərək bu ölkəyə dəstəyini ifadə edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var