Rusiya Federal Təhlükəsizlik Xidmətinin üzvləri Sverdlovsk vilayətində “Hizb-ut-Təhrir əl-İslami” beynəlxalq terror təşkilatına üzv beş miqrantı saxlayıblar.
Modern.az xəbər verir ki, bu barədə FSB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayılıb.
“Rusiyanın Sverdlovsk vilayətində FSB əməkdaşları koordinasiyalı tədbirlər nəticəsində Mərkəzi Asiya regionu ölkələrinin beş vətəndaşından ibarət terror təşkilatının gizli kamerasını zərərsizləşdiriblər”, - deyə mərkəzdən bildirilib.
Qeyd edilib ki, onların evlərində terror fəaliyyətlərində istifadə etdikləri təbliğat materialları və rəqəmsal saxlama vasitələri aşkar edilərək müsadirə edilib. Faktla bağlı cinayət işi açılıb.
Xatırladaq ki, 2003-cü il fevralın 14-də Rusiya Ali Məhkəməsi beynəlxalq dini qrup Hizb ut-Tahrir-i (Hizb ut-Tahrir al İslami, Azadlıq Partiyası) terror təşkilatı elan edib. Ekstremist təşkilatın fəaliyyəti Rusiyada qadağan olunub.