Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin məhkəmə zalında halı pisləşib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, danışmağa başlayandan 5 dəqiqə sonra o, çıxışını dayandırıb və həkimdən kömək istəyib. Bundan sonra onu məhkəmə zalından çıxarıblar.
Qeyd edək ki, görüntülər Gürcüstan televiziyaları tərəfindən canlı yayımlanıb.
Gürcüstanın ombudsmanı Nino Lomdjaria iddia edib ki, aclıq aksiyası nəticəsində həkimlər Saakaşvilidə nevroloji xəstəlik - Vernike ensefalopatiyası aşkar ediblər.