Modern.az

Bəzi əraziləri ələ keçirdik - Kadırov

Bəzi əraziləri ələ keçirdik - Kadırov

20 Aprel 2022, 16:10

Çeçenistanın “Axmat” xüsusi təyinatlı dəstəsi Luqansk hərbçiləri ilə birgə xüsusi əməliyyat zamanı bəzi əraziləri ələ keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov "Telegram" hesabında yazıb.

 

Kadirov deyib ki, "Axmat" xüsusi təyinatlılarının əsgərləri LPR hərbçiləri ilə birlikdə Kamennaya və Staraya Krasnyanka yaşayış məntəqələrini ələ keçiriblər. Onun sözlərinə görə, əməliyyat şəxsi heyət arasında itki olmadan başa çatıb.

 

Kadırov, həmçinin bildirib ki, yaxın vaxtlarda döyüşçülər yaşayış məntəqələrini təmizləməli və yerli əhali üçün humanitar yardım təşkil etməli olacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək