Modern.az

İsrail Ukraynaya humanitar yardım göndərir

İsrail Ukraynaya humanitar yardım göndərir

20 Aprel 2022, 18:18

Ukraynanın müdafiə naziri Oleksiy Reznikovla israilli həmkarı Benni Qants arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Reznikov tviter səhifəsində məlumat yayıb.

 

O bildirib ki, telefon söhbətində Ukraynaya qarşı mövcud təhdidlər və Kiyevin müdafiə hüququ müzakirə edilib.

 

"Digər məsələlərlə yanaşı, İsrailin humanitar yardımının əhəmiyyəti barədə də fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.

 

Qantzın ofisindən isə bildirilib ki, İsrail Ukraynaya humanitar yardım göndərəcək. İsrail humanitar yardım çərçivəsində Ukraynanın xilasetmə qüvvələrinə və mülki təşkilatlarına dəbilqə və jiletlər də daxil olmaqla, qoruyucu vasitələr tədarük edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək