Modern.az

Almaniyadan Ukraynaya dolayı hərbi DƏSTƏK

Almaniyadan Ukraynaya dolayı hərbi DƏSTƏK

20 Aprel 2022, 22:42

Almaniya Sovet istehsalı texnikaları olan Şərqi Avropa ölkələrini yeni hərbi texnika ilə təmin edəcək, bunun qarşılığında həmin ölkələrdən Sovet texnikalarını Ukraynaya verməyi tələb edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Agentliyin məlumatına görə, Almaniya Ukraynaya sursat tədarük edəcək, eyni zamanda Ukrayna hərbçiləri üçün təlimlər təşkil olunacaq.

 

Bildirilir ki, Almaniya Niderland tərəfindən Ukraynaya göndərilən PzH 2000 özüyeriyən artilleriya sistemi üçün də sursat verəcək. 

 

Almaniya kansleri Olaf Şolts aprelin 19-da bildirib ki, ölkəsi Ukraynanın birbaşa alman şirkətlərindən silah ala bilməsi üçün çalışır. Lakin bu gün Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Almaniya öz ehtiyatlarından Ukraynaya ağır silahların tədarükünü nəzərdən keçirmir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək