ABŞ Ukraynaya "RQ-20 Puma" pilotsuz uçuş aparatları göndərəcək.
Modern.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi bununla bağlı "AeroVironment" şirkəti ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri 19,7 milyon dollardır.
Müqaviləyə PUA, ehtiyat hissələri və Ukrayna hərbçilərinin təlimi daxildir. İşlər mayın 30-dək başa çatdırılmalıdır. Kiyevə veriləcək platformaların sayı açıqlanmır.