Modern.az

İranda Mossadın casusları ələ keçdi

İranda Mossadın casusları ələ keçdi

Dünya

21 Aprel 2022, 00:44

İranda 3 casus həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Fars News" agentliyi məlumat yayıb.

 

Saxlanılan şəxslərin İsrailin kəşfiyyat təşkilatı olan Mossada işlədiyi bildirilir.

 

Rəsmi məlumata əsasən, adları açıqlanmayan üç nəfər məxfi məlumatları yaymaqda ittiham olunur. Onlar Sistan və Bəlucistan əyalətində həbs ediliblər. Hazırda faktla əlaqədar araşdırma aparılır. 

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək