BMT-nin baş katibi Antoniu Quterreş Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək istəyir.
Modern.az xəbər verir ki, bu barədə Quterreşin nümayəndəsi Stefan Düjarrik bildirib.
O qeyd edib ki, bununla bağlı məktublar Rusiya və Ukraynanın daimi nümayəndələrinə təqdim edilib.
Quterreş liderlərə Ukraynada sülhün bərqərar olması üçün təcili tədbirləri, eləcə də çoxtərəfli münasibətlərin gələcəyini müzakirə etmək niyyətindədir.