Modern.az

Ukraynada 90 min rus əsgəri var 

Ukraynada 90 min rus əsgəri var 

Dünya

21 Aprel 2022, 12:20

Ukraynada Rusiya ordusunun 90 min əsgəri var, daha 22 min rus əsgəri Ukrayna sərhədində gözləyir.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının baş müşaviri Oleksiy Arerestoviç mətbuata açıqlamasında bildirib.

 

Xatırladaq ki, bu gün Ukrayna Silahlı Qüvvələri indiyədək döyüşlərdə Rusiya ordusunun 21 minə yaxın hərbçisinin məhv edildiyini açıqlayıb.

 

“Rusiyanın indiyə qədər 829 ədəd tankı, 2 118 ədəd zirehli döyüş maşını, 393 ədəd artilleriya sistemi, 136 ədəd reaktiv yaylım atəş sistemi, 67 hava hücumundan müdafiə sistemi, 172 ədəd hərbi təyyarəsi, 151 ədəd helikopteri, 1 508 ədəd nəqliyyat vasitəsi, 166 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib”,- məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək