Modern.az

Buçada dəhşətli mənzərə - Morqlarda yer yoxdur

Buçada dəhşətli mənzərə - Morqlarda yer yoxdur

21 Aprel 2022, 12:44

Rusiyanın hücumları zamanı böyük itkilər verən Ukraynanın Buça şəhərində dəhşətli vəziyyət yaranıb.

 

Modern.az xəbər verir ki, şəhərin küçələrində və evlərdə ölmüş vəziyyətdə tapılan mülki şəxslərin kimliyini müəyyən etmək üçün onların cəsədləri meyitxanalara daşınır. Lakin xəstəxana meyitxanasında boş yer qalmadığından cəsədlər nömrələnərək soyuducu anbarı olan yük maşınlarına yığılır.

 

Qeyd edək ki, Rusiya ordusunun hücumları nəticəsində Buçada 400-dən çox mülki sakin qətlə yetirilib. Ukrayna tərəfi Rusiyanın törətdiyi qətliamı soyqırımı kimi qiymətləndirir. Moskva isə iddiaları rədd edərək, Buçada qətliam törətmədiklərini bildirib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək