Modern.az

Rusiya Ukraynadakı döyüşçülər barədə məlumat açıqlayacaq

Rusiya Ukraynadakı döyüşçülər barədə məlumat açıqlayacaq

Dünya

21 Aprel 2022, 14:52

Xüsusi əməliyyatda iştiraka görə mükafatlandırılan Rusiyanın bütün hərbçiləri haqqında məlumat zamanla açıqlanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, mükafatlandırılan hərbçilərdən bəziləri artıq məlumatlandırılıb.

 

“Onların sayı daha çoxdur, təbii ki, bütün bu məlumatlar ictimaiyyətə açıqlanacaq, bizim qəhrəmanlarımızı tanımağa haqqımız var və biz artıq çoxlarını tanıyırıq”, - Kreml sözçüsü bildirib.

 

“Biz şübhə etmirik ki, zaman keçdikcə biz və gələcək nəsillərimiz bütün ən gözəl, ən mühüm qəhrəmanlıq hekayələrini öyrənəcəyik”, - deyə Peskov əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək