Modern.az

Rus və Belarus sənətçilərinin bu ölkəyə girişi qadağandır

Rus və Belarus sənətçilərinin bu ölkəyə girişi qadağandır

Dünya

21 Aprel 2022, 15:32

Estoniya hökuməti Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına dəstək verən rus və Belarus sənətçilərin ölkəyə girişini qadağan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Kaya Kallas jurnalistlərə açıqlamasında bildirib. 

 

"Hər kəs seçim etməlidir. Ukraynadakı xüsusi əməliyyatı dəstəkləyənlər Estoniyada xoş qarşılanmır", - deyə o vurğulayıb.

 

Baş nazir qeyd edib ki, hökumət bununla bağlı xüsusi siyahı hazırlamayacaq:

 

“Estoniyaya daxil olmaq məsələsi Daxili İşlər Nazirliyi, Polis və Sərhəd Mühafizəsi Departamentinin səlahiyyətindədir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək