Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzi yanıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 30 nəfər isə yaralanıb və yanğına görə 1000 kv. metr ərazi yanıb.
Qeyd edək ki, hadisənin hansı səbəbdən olduğu bilinmir.