Rusiya “Sarmat” qitələrarası raketinin ilk buraxılışını edib.
Modern.az xəbər verir ki, raketə NATO tərəfindən "Şeytan" adı verilib.
Müdafiə Nazirliyi və Putin prosesi şəxsən yox, videobağlantı vasitəsilə izləyib.
Raketin buraxılışını şərh edən Putin Rusiya Federasiyasını təhdid etməyə çalışan ölkələri növbəti dəfə hədələyib.
“Bu həqiqətən unikal silah Silahlı Qüvvələrimizin döyüş potensialını gücləndirəcək, Rusiyanın təhlükəsizliyini xarici qüvvələrdən etibarlı şəkildə təmin edəcək və ölkəmizi təhdid etməyə çalışanları düşündürəcək”.