Modern.az

Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub

Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub

Dünya

21 Aprel 2022, 16:42

Ukrayna ilə Rusiya Federasiyası arasında beşinci əsir mübadiləsi baş tutub. 

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk öz "Telegram" kanalında məlumat verib.

 

Əsir mübadiləsi çərçivəsində 19 Ukrayna vətəndaşı azad edilib. Onlardan 10-u hərbçi və 9-u mülki şəxsdir.

 

Baş nazirin müavini qeyd edib ki, bu dəfə azad edilənlər arasında yaralılar var.

 

Qeyd edək ki, bundan öncə 60 hərbçi və 16 mülki ukraynalı azad edilib.

 

Yarısı qadın olan minə yaxın ukraynalı mülki şəxs və 700 əsgər hazırda Rusiya əsirliyindədir. Ukrayna Rusiya Federasiyasından mülki şəxslərin heç bir şərt olmadan azad edilərək Ukrayna tərəfinə təhvil verilməsini tələb edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək