Modern.az

ABŞ-dan Ukraynaya 800 milyonluq hərbi YARDIM

ABŞ-dan Ukraynaya 800 milyonluq hərbi YARDIM

Dünya

21 Aprel 2022, 18:12

ABŞ Prezidenti Co Bayden Ukraynaya əlavə 800 milyon dollar hərbi yardım ayırdığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, çıxışı zamanı bildirib.

 

Yeni paketə hansı silahların daxil edildiyi barədə məlumat verilməyib.

 

“Reuters” adı açıqlanmayan Amerika rəsmisinə istinadən yazıb ki, Bayden Rusiya bayrağı ilə üzən gəmilərin ABŞ limanlarına girişinə qadağa qoyulacağını elan edəcək. 

 

AFP agentliyi isə bildirib ki, ABŞ maliyyə naziri Ukraynanın Baş nazirinə Vaşinqtonun Kiyevə 500 milyon dollar iqtisadi yardım ayıracağını açıqlayacaq.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək