Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd olunur ki, sanksiyalar bir sıra malların idxalına təsir edəcək.
Məlumata görə, Rusiyadan gümüş, ağac məmulatları, kürü daxil olmaqla “yüksək səviyyəli” məhsulların idxalı qadağan ediləcək.
Akif İsmayılov