Modern.az

Taliban "TikTok" və PUBG-ni qadağan etdi

Taliban

Dünya

21 Aprel 2022, 19:07

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı ölkədə "TikTok" tətbiqini və PUBG oyununu bloklamaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə "Taliban" hökumətinin informasiya və mədəniyyət nazirinin müavini İnamullah Səmanqani məlumat verib.

 

O qeyd edib ki, bu addım "əxlaqsız" materialların və verilişlərin yayılmasının qarşısını alacaq.

 

Ötən ilin avqust ayının 15-də "Taliban" hərəkatı Kabilə daxil olub, prezident Əşrəf Qani isə ölkəni tərk edib. Sentyabrın 6-da Taliban Əfqanıstanın bütün ərazisinə nəzarət etdiyini, sentyabrın 7-də isə müvəqqəti hökumətin yaradıldığını elan edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək